Bakı. Trend:
San-Fransiskoda (Kaliforniya ştatı) münsiflər heyətiistifadəçilərin məxfilik hüquqlarının pozulduğu iddiası ilə"Google" şirkətinin 425,7 milyon dollar ödəməli olduğuna dair qərarçıxarıb.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbərverib.
Məlumata əsasən, iddia 2020-ci ildə qaldırılıb. İttihamtərəfinin sözlərinə görə, 2016-cı ildən başlayaraq, cihazparametrlərində "Veb axtarış və tətbiqlərin tarixçəsi" seçimideaktiv edilmiş olsa belə, "Google" üçüncü tərəf proqramlarındanistifadəçi məlumatlarını toplayıb.
Münsiflər heyəti şirkəti istifadəçi məxfiliyini pozmaqdatəqsirli bilib, lakin kompüter fırıldaqlığı və sui-istifadəhaqqında qanunu pozmaq ittihamlarını rədd edib. Münsiflər heyətiistifadəçilərə dəyən ziyanı 425,7 milyon dollar dəyərindəqiymətləndirib.