"Ən çox tatusu olan braziliyalı" ünvanınan sahib olan Liandro de Souza 170 tatudan xilas olub.
Publika.az xəbər verir ki, Souza üzündəki döymələri sildirərək tanınmayacaq qədər dəyişib.
Əvvəllər Souzanın bədəninin təxminən 95%-i döymələrlə örtülmüşdü. O, bu yaxınlarda üzündə olanlar da daxil olmaqla 170 döyməni lazerlə sildirib.
“Ağrı döymə etdirən zamandan üç dəfə güclüdür. Anesteziya ilə belə, dözülməzdir", - o deyib.
Souza əlavə edib ki, bu qədər döymə etdirdiyinə görə peşmandır.
Onun sözlərinə görə, bu sahəyə həddindən artıq həvəsi 2015-ci ildə həyat yoldaşından boşandıqdan sonra başlayıb və alkoqol asılılığı ilə müşayiət olunub. Braziliyalı həddən artıq tatunun onun iş tapmasına mane olduğunu və arzuolunmaz dərəcədə diqqət cəlb etdiyini diqqətə çatdırıb.