RU

Britaniya “Ramştayn” formatlı görüşün gələn həftə keçiriləcəyinitəsdiqləyib

Böyük Britaniyanın müdafiə naziri Con Gilli təsdiqləyib ki, növbəti “Ramştayn” formatlı görüş gələn həftə Londonda keçiriləcək.

APA xəbər verir ki, bu barədə o, Kiyevdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

Nazir xatırladıb ki, Böyük Britaniya Almaniya ilə birlikdə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupu görüşlərinin koordinasiyasını öz üzərinə götürüb.

“Gələn həftə Londonda bizim 30-cu iclasımız keçiriləcək. Bütün səylərimizi Ukraynaya mübarizəni davam etdirmək üçün lazım olan hərbi yardımı təmin etməyə və NATO sammitində qəbul edilən öhdəliklərin icrasına yönəldəcəyik”, – deyə Gilli bildirib.

Избранный
12
2
apa.az

3Источники