1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Birinci sinif şagirdlərinin səhhətində hər gün yuxunun 30-60 dəqiqə gecikməsi yaranan problemlərin və tədris prosesinin pisləşməsinin səbəblərindən biridir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a rusiyalı həkim, Moskvanın baş pediatrı İsmayıl Osmanov bildirib.
O, birinci sinfin uşaq üçün uzun bir yolun başlanğıcı, bu yaşda yuxunun çox vacib olduğunu vurğulayıb.
"Altı və ya yeddi yaşında uşaqlar adətən 9-12 saat yuxuya ehtiyac duyurlar, əksəriyyəti isə 10-11 saatlıq gecə istirahəti ilə özlərini rahat hiss edirlər. Gündüz yuxusu artıq vacib deyil, lakin ilk həftələrdə saat 15:00-a qədər qısa yuxu bəzən kömək edir, birinci sinif şagirdinin sinir sistemini yenidən işə salmağa imkan verir", - həkim bildirib.
Sabit rejim yalnız yaddaş və diqqəti deyil, həm də iştahanı, əhvali-ruhiyyəni və stresə qarşı müqaviməti qoruyur. Hətta kiçik bir yuxu çatışmazlığı əhvali-ruhiyyə, süstlük, baş ağrıları və konsentrasiyada problemlərlə nəticələnə bilər.
Osmanov bildirib ki, yuxu rejimini tərtib edən zaman valideynlər uşağın günlük cədvəlini nəzərə almalıdırlar. Məsələn, saat 07:00-da oyanmaq lazımdırsa, o zaman uşaq 20:30-21:00 radələrində yatmalıdır. Həkim valideynlərə gündəlik rejimə tədricən keçməyi tövsiyə edib.
"Gecikmiş, ağır şam yeməyi yatmazdan üç saatdan gec olmayaraq olmalıdır və axşam şirin qazlı içkilər və şokolad istisna edilməlidir. Gündəlik aktivlik və gəzinti yuxunu yaxşılaşdırır, lakin yatmazdan iki-üç saatdan gec olmayaraq intensiv məşqlər yekunlaşdırılmalıdır", - pediatr məsləhət görüb.