Nəhəng tərəvəz və meyvələrin becərilməsi ilə məşğul olan "Balqabaq Birliyi" (Pensilvaniya, ABŞ) təşkilatının mütəxəssisləri yeni rekordçunu elan ediblər.
“Medicina” xəbər verir ki, Erik Qanstrom rəsmi olaraq dünyada ən böyüyü kimi tanınan və Ginnesin Rekordlar Kitabının səhifələrinə düşən badımcan təqdim etdi.
Bu tərəvəzin çəkisi 3,969 kiloqramdır. Müqayisə olaraq bu bir iri pişiyin çəkisi qədərdir.
Erik 20 iləyaxındır ki, balqabaq yetişdirir, bu hobbiyə həvəslə aşiqdir.

Aygün Musayeva