RU

Dollar və avro ilə bağlı mühüm xəbər: problem var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son vaxtlar bəzi vətəndaşlar valyuta mübadiləsi zamanı ciddi çətinliklərlə qarşılaşdıqlarını bildirirlər. Belə ki, banklara müraciət edən insanlar bəzən dollar və ya avro ala bilmədiklərini qeyd edirlər. Məlumata görə, bank əməkdaşları ya xarici valyutanın kassada olmadığını deyir, ya da müştəriləri başqa filiallara yönləndirirlər. Bu hal xüsusilə səyahət etmək, övladlarını xaricdə oxutmaq və ya beynəlxalq ödənişlər üçün valyutaya ehtiyac duyan şəxsləri pis vəziyyətdə qoyur.

Niyə banklarda kifayət qədər valyuta mövcud olmur?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, son zamanlar valyuta birjasında banklar və Mərkəzi Bankın satışa çıxartdığı valyutanın həcmi barədə məlumatlar açıqlanmır:

“Bu isə öz növbəsində mövzu ilə bağlı fikir yürütməyi çətinləşdirir. Buna baxmayaraq, banklar öz pul ehtiyatlarını və tələb olunanı Mərkəzi Bankın satışa çıxartdığı valyutadan əldə edə bilərlər. Bu gün hər hansı bank valyuta əldə etmə istiqamətində müəyyən məhdudiyyət tətbiq edirsə, bu, yalnız həmin qurumun həyata keçirdiyi maliyyə və pul siyasəti ilə bağlıdır”.

Həmçinin oxuyun:

Mühüm gəlişmə: Azərbaycanda dollar bahalaşacaq? – Açıqlama

Eyyub Kərimli

Ekspert bildirib ki, çətinliyin məhz bir və ya bir neçə bankla əlaqədar olduğu da məlum deyil:

“Ola bilər ki, hər hansı bank birjadan daha az valyuta əldə etsin, yaxud ehtiyatları tez tükənsin, ya da ümumiyyətlə valyuta almaq istəməsin. Amma bəzi hallarda bu proses süni şəkildə baş verir. Valyuta çatışmazlığı bankların fəaliyyətinin kifayət qədər yaxşı qurulmaması nəticəsində də yaranır. Hazırda ölkənin valyuta rezervləri və ehtiyatları kifayət qədərdir. Buna görə də bazarda valyuta çatışmazlığı ilə bağlı ciddi çətinliklər yaranmamalıdır”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники