RU

AB Cənubi Afrika ölkələri ilə tarifləri azaltmaq barədə ticarət sazişi imzalayıb

Saziş avtomobil, texnika və kənd təsərrüfatı məhsullarını əhatə edir...

Poliqon xəbər verir ki, Avropa Komissiyası (AB) Cənubi Amerika Gömrük İttifaqı (MERCOSUR) ilə ticarət sazişi imzalayıb. Deutsche Welle nəşrinin məlumatına görə, danışıqlar 1999-cu ildən bəri aparılırdı. Eyni zamanda, AB Meksika ilə də ticarət sazişi bağlayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Layen sazişləri “tarixi” adlandıraraq bildirib ki, Avropa İttifaqı ticarət əlaqələrini şaxələndirmək üçün səylərini artırır. MERCOSUR üzv ölkələri razılaşmaya əsasən AB-dən idxal edilən məhsullara tətbiq olunan tariflərin 91%-ni, o cümlədən avtomobil, texnika və dərman preparatlarını tədricən ləğv etməli olacaq. Əvəzində onlar öz kənd təsərrüfatı məhsullarını AB bazarına daha sərfəli şərtlərlə çıxara biləcəklər.

Sazişin qüvvəyə minməsi üçün AB-nin 27 üzv ölkəsindən ən azı 15-i tərəfindən ratifikasiya edilməlidir. Fransa hökuməti artıq müqavimət göstərsə də, Avropa Komissiyası hesab edir ki, “AB-nin kənd təsərrüfatı sektoru tariflərin və xərclərin azalmasından dərhal faydalanacaq”.

MERCOSUR-a Braziliya, Argentina, Boliviya, Paraqvay və Uruqvay daxildir. Bu ilin iyul ayında Cənubi Amerika gömrük ittifaqı Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ilə də ticarət sazişi imzalayıb; EFTA-nın üzvləri arasında AB-yə daxil olmayan ölkələr – İsveçrə, Norveç, Lixtenşteyn və İslandiya da var.

Poliqon.info

Избранный
106
poliqon.info

1Источники