Kanada hökuməti Rusiya neftinə tətbiq edilən qiymət tavanını 60 dollardan 47.6 dollara endirib. Bu barədə Kanadanın hökumət saytında yerləşdirilən məlumatda deyilir.
“Avropa İttifaqı və Böyük Britaniya tərəfindən elan edilən son tədbirlərə uyğun olaraq, Kanada Rusiya xam nefti üçün qiymət tavanını 60 dollardan 47.6 dollara endirib”, — hökumətin açıqlamasında bildirilir. Yeni məhdudiyyətlər 3 sentyabrdan qüvvəyə minib. Kanada bununla Rusiyanın enerji resursları ixracından əldə etdiyi gəliri məhdudlaşdırmağı planlaşdırır.
Aİ ölkələri iyul ayında Rusiyaya qarşı 18-ci sanksiya paketini tətbiq ediblər. Sanksiyalar çərçivəsində Rusiya neftinə qiymət tavanı 60 dollardan 47.6 dollara endirilib. Həmçinin Rusiya nefti əsasında istehsal olunan neft məhsullarının idxalı da qadağan olunub. Daha sonra Böyük Britaniya və İsveçrə də oxşar tədbirlər görüb.