RU

Zelenski: Ukraynadan qaçmaq mənim üçün ağlabatan deyildi

Ukrayna prezidenti ABŞ və Avropa liderlərinin ölkəni tərk etmək təkliflərini rədd edib...

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlanğıcında ABŞ prezidenti Co Bayden və bir sıra Avropa liderlərinin ölkəni tərk etmək təkliflərinə baxmayaraq, qaçmaqdan imtina edib. 

Poliqon xəbər verir ki, Ukrayna liderinin sözlərini Le Point qəzeti yayıb.

"O ağır gündə mənə ABŞ prezidenti zəng etdi və evakuasiya təklif etdi. Bu, ilk belə zəng deyildi. Bir çox Avropa liderləri də getməyi təklif etdilər. Mən dərhal başa düşdüm ki, bunu edə bilmərəm", deyəZelenski bildirib.

Prezident qeyd edib ki, qaçmaq ağlabatan deyildi. Dövlət başçısı nümunə göstərməli və əhalini çətin zamanlarda tərk etməməlidir.

"Sadəcə maşına minib getmək mümkün deyil", deyə Zelenski əlavə edib.

Poliqon.info

Избранный
67
poliqon.info

1Источники