RU

Welt: Pekində keçirilən hərbi parad ABŞ və Tayvana xəbərdarlıqdır

Pekində keçirilən hərbi parad ABŞ və Tayvana xəbərdarlıq idi...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Die Welt qəzeti yazıb.

"Çin lideri Si Szinpin özünü ABŞ-ın xidmətlərinin heç bir rol oynamadığı dünya nizamının lideri kimi təqdim edir. Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə o, xüsusi siqnal göndərir", deyə məqalədə qeyd edilir.

Qəzet yazır ki, hipersonik silahların, dronların və gizli təyyarələrin nümayişi ABŞ-ın Tayvanla vəziyyətə müdaxilə etməməsi barədə xəbərdarlıq rolunu oynayır.

Sentyabrın 3-də Çinin paytaxtında II Dünya müharibəsində Qələbənin 80 illiyi şərəfinə parad keçirilib. Burada 45 min əsgər, 600 texnika və 100 təyyarə iştirak edib.

ÇXR ordusu hansı yeni texnikanı göstərdi, niyə Çin parad batalyonu dünyada ən böyük hesab olunur.

Poliqon.info

Избранный
119
poliqon.info

1Источники