RU

Naxçıvan Muxtar Respublika Stadionu əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublika Stadionunun əsaslı təmiri və yenidənqurulması üzrə layihələndirmə xidmətinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə Operativ Media muxtar respublikanın Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirlik stadionun əsaslı təmiri və yenidənqurulması üzrə layihələndirmə işləri ilə bağlı hazırlıqları başa çatdırıb və bu işlərin icrası “Global Engineering Management Company” şirkətinə həvalə olunub.

Nazirliklə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, stadionunun əsaslı təmiri və yenidənqurulması üzrə layihələndirmə işlərinə 589.000 manat vəsait sərf olunacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Stadionu 18 may 1967-ci ildə istifadəyə verilib. Stadionda sonuncu dəfə 2000, 2013 və 2022-ci illərdə yenidənqurma və təmir işləri aparılıb.

Burada karate-do, bədii gimnastika, futbol üzrə bölmələr fəaliyyət göstərir. Stadionda ölkə kuboku, ölkə superkuboku, Premyer Liqa və I Divizion oyunları, “Heydər Əliyev Kuboku” uğrunda turnirlər, ölkə və beynəlxalq səviyyəli yarışlar və tanınmış incəsənət xadimlərinin konsertləri keçirilib. “Araz – Naxçıvan” PFK ev oyunlarını məhz mərkəzi arenada keçirir. Ümumi sahəsi 16778 m2 olan stadionun eni 68 metr, uzunluğu 108 metrdir. 12800 nəfərlik tamaşaçı tutumuna malikdir. İnzibati binada 13 xidməti otaq, idman zalı, bufet, o cümlədən hər birində 8 duş kabinəsi olan 2 soyunub-geyinmə otağı var.

Stadion 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilib.

Избранный
160
operativmedia.az

1Источники