RU

Bakı Türk Liseyinin şagirdi Avropa İnformatika Olimpiadasında uğur qazandı

29 avqust - 4 sentyabr tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində Avropa İnformatika Olimpiadası (European Junior Olympiad in Informatics - EJOI) keçirilib.

Modern.az xəbər verir ki, olimpaidada Azərbaycanı təmsil edən Bakı Türk Liseyinin şagirdi Ömər Əliməmmədzadə uğur qazanaraq bürünc medala layiq görülüb.

24 ölkədən 96 məktəblinin iştirak etdiyi olimpiadada Azərbaycan məktəbliləri ümumilikdə 3 bürünc medal qazanıblar.
 

Избранный
106
modern.az

1Источники