Bu ilin yanvar-iyul aylarında ölkədə 204,2 min ton şəkər və qənd istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 25,9 faiz və ya 42 min ton artıb.
Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 6,4 min ton təşkil edib.