“Rusiya Azərbaycan və Ermənistan arasında paraflanmış sazişə ehtiyatla nikbin yanaşır, bu, regionda sülhün möhkəmlənməsinə töhfədir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Ermənistanla Azərbaycan arasında imzalanmış sazişə ehtiyatla nikbin yanaşırıq. Bu, həm də böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir”, - Rusiya rəsmisi bildirib.