RU

Azərbaycanın sabiq XİN rəhbəri: “Biz yaxşı ki, ŞƏT -ə girmədik, Hindistan işimizə yaradı...”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son sammiti barədə açıqlama verib. Onun sözlərinə görə, müşahidələr belə bir təsəvvür yaradır ki, ŞƏT artıq sadəcə regional əməkdaşlıq platformasından çıxaraq yeni bir geosiyasi blokun – “antiqərb koalisiyasının” – təməlini atmağa cəhd göstərir.

Zülfüqarov qeyd edib ki, bu təşəbbüsün uğurlu və davamlı olub-olmayacağını zaman göstərəcək:
“Elə təsəvvür yaranır ki, ŞƏT 21-ci əsrin ‘antiantantası’nı formalaşdırmaq cəhdinə çevrilir. Bu ideya hələ test mərhələsindədir, onun yaşayıb-yaşamayacağını gələcək müəyyən edəcək”, – deyə sabiq nazir bildirib.

Onun fikrincə, Azərbaycan hələlik belə bir blokun üzvünə çevrilməkdən kənarda qalmağı bacarıb. Bu məsələdə əsas rol Hindistanın mövqeyi olub:

“Hələlik biz, Hindistanın mövqeyi sayəsində, yeni blokun birbaşa üzvü olmaqdan yan keçdik”, – deyə Zülfüqarov vurğulayıb.

Sabiq XİN rəhbəri həmçinin əlavə edib ki, bugünkü qeyri-sabit beynəlxalq şəraitdə Azərbaycan üçün ən optimal seçim balanslı siyasətdir:

Избранный
65
1
demokrat.az

2Источники