RU

Çoxsaylı xəstəlikləri olan 95 yaşlı pasiyentin əməliyyatı uğurla başa çatıb

Ajans.az xəbər verir ki, ilkin müraciətdə zəruri tibbi xidmətlər göstərilən şəxsə sol bud sümüyünün burmalardan keçən sınığı diaqnozu təyin edilib, xəstəxananın Travmatologiya və ortopediya şöbəsinə yerləşdirilib.

Səhhətində olan yanaşı xəstəliklərə görə bır sıra tibb müəssisələrində cərrahi əməliyyatına imtina verilən 95 yaşlı şəxsin sağlamlıq vəziyyəti bir daha nəzərdən keçirilib. Bir neçə həkim - kardioloq, anestezioloq-reanimatoloq və travmatoloq tərəfindən həyata keçirilən konsiliumdan sonra riskli əməliyyatın icrasına qərar verilib, cərrahi müdaxilə uğurla başa çatıb.

Pasiyent üzərində sol bud sümüyünün osteosintezi əməliyyatı həkim-travmatoloq-ortoped Pərvin Hüseynovun rəhbərliyi, həkim-anestezioloq-reanimatoloq Fatma Əhmədova, assistent Cavid İlyaszadənin iştirakı ilə icra olunub.  

Uğurlu baş tutan əməliyyatdan sonra pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilib və vəziyyəti stabil qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Избранный
30
8
Ajans.az

10Источники