RU

Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldılar

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan hökuməti bu gün keçirdiyi iclasda sıravi, gizir və ehtiyatda olan zabitlər üçün təlim düşərgələri elan etmək qərarına gəlib.

Modern.az-ın məlumatına görə, sentyabrın 23-dən noyabrın 28-dək keçiriləcək təlim-məşq toplanışları hərbçilərin hərbi vərdişlərinin artırılması, peşə hazırlığı və yenidən hazırlanması məqsədi ilə elan edilir.

Məlumata görə, hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə təlim-məşq toplanışlarına cəlb olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
2
modern.az

3Источники