RU

Səyyaf Aran: "Fikirləşdilər ki, bunlar uşaq-muşaqdırlar" - "Milli Məclisdə Qurban Qurbanovun namizədliyini irəli sürəcəyəm"

Milli Məclisin 82 saylı İmişli - Saatlı seçki dairəsindən deputatı Səyyad Aran Sportnet.az-a müsahibə verib.

Mia.az xəbər verir ki, o, müsahibəsində "İmişli" klubunun Azərbaycan Premyer Liqasında çıxışı, "Qarabağ"dan UEFA Çempionlar Liqasının Liqa mərhələsində gözləntiləri, komandanın sabiq futbolçusu Rəşad Sadıqova və baş məşqçi Qurban Qurbanova münasibəti, Azərbaycan millisinin Fernandu Santuşun rəhbərliyi altında nəticələri barədə açıqlamalar verib:

- "İmişli"nin oyunlarına baxmağa vaxtınız olurmu?

- Bu aydan "İmişli" ev oyunlarını Qubada keçirəcək...

- "İmişli"nin səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazandığı Premyer Liqanın III tur matçını izlədinizmi?

- "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri barədə nə deyə bilərsiniz?

- "Qarabağ"ın çıxışında hansı diqqətçəkən xüsusiyyətləri qeyd edərdiniz?

- Nə qədər yorulsa da, "Qarabağ"da 38 yaşınadək çıxış etmiş Rəşad Sadıqov nümunəsi var...

- Lakin "Qarabağ"ın da qol epizodları çox oldu...

- Azərbaycan milli komandası ilə fikirləriniz necədir: İslandiya və Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə oyunlarından nə gözləyirsiniz?

- Qurban Qurbanov bir dəfə millidə baş məşqçi olmuşdu...

- Hazırkı baş məşqçi Fernandu Santuşun işini necə qiymətləndirirsiniz?
- Santuşun rəhbərliyi altında milli komandamız rəsmi oyunlarda hansısa bir avara komanda ilə heç-heçə edib ((Estoniya ilə 1:1 - red.), qalanlarını isə uduzub. Ümumilikdə isə 14 oyunda 2 heç-heçə, 12 məğlubiyyət alıblar. Bircə qələbə də yoxdur. Bu, rüsvayçılıqdır. Bu qədər oyunu uduzuruqsa, biz onu neynirik?! Mən Milli Məclisdə çıxış edəcəyəm ki, Qurban Qurbanov millidə baş məşqçi olmalıdır. Münasibətimi bildirəcəyəm. Keçən dəfə onu işləməyə qoymadılar. Həm də baş məşqçidən qısa vaxtda nəticə tələb etmək düzgün deyil. Qurbanova cəmi 1 il vaxt verdilər. Halbuki Berti Foqtsu 6 il işlətmişdilər. Foqtsa dözdülər, amma nəticəsi nə oldu? Qurban Qurbanova da 2-3 il vaxt vermək lazımdır. Yığmada bir ilə ondan nəticə gözləmək lazım deyil. 3 il işləsin, ondan sonra nəticə gözləyərsən. O, millini quracaq. Başqa heç kim bacarmayacaq. Çünki xaricdən gələn baş məşqçilər bizim millətin mentalitetini, daxili keyfiyyətlərini, xüsusiyyətlərini anlamır, başa düşmür. Amma Qurban Qurbanov başa düşür. O, mükəmməl milli komanda yarada bilər. İndi Santuşun hünəri varsa, İslandiyaya uduzsun. Onu rüsvay edəcəyəm, sizlər də eşidəcəksiniz.

Haşım MƏMMƏDOV

Избранный
50
4
mia.az

8Источники