Veteran futbolçu Əfran İsmayılov dizindən əməliyyat olunub.

Bu barədə Offsideplus.az saytına danışan İsmayılov bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Bir müddətdir ki, dizimdə problem vardı. Sadəcə, əməliyyat üçün imkan tapa bilmirdim. Milli komandaların oyunları ilə bağlı yaranan fasilə fürsət oldu. Əməliyyat yaxşı keçib. Bu gün xəstəxanadan çıxacağam”.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq üzvü hazırda fəaliyyətini “Araz-Naxçıvan”da məşqçi kimi davam etdirir.