RU

Şərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza yekunlaşıb

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə linqvistik ekspertizanın yekunlaşdığı və nəticə məhkəməyə daxil olduğu bildirilib.

İsfəndiyar Axundovun vəkilləri prosesdə iştirak etmədiyi üçün proses təxirə salınıb.

Proses 18 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Избранный
10
9
apa.az

7Источники