Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə qərar Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Qərara görə, G. Novruzova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sabunçuda yetkinlik yaşına çatmayan uşağın xalası tərəfindən zorakılığa məruz qaldığı haqqında xəbərlər yayılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılıb. Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.
