Bakı. Trend:
Trans-Adriatik boru kəmərinin (TAP) genişləndirilməsinin birincimərhələsi qaz tədarükünün daha da artırılmasına yol açacaq,
Trend bu barədəTAP AG konsorsiumuna istinadən xəbər verir.
“Mövcud ötürücülük qabiliyyətini tədricən artırmaqla, TAPAvropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və onunkarbonsuzlaşdırma hədəflərinə nail olmasına əlavə töhfə verəbilər”, - deyə məlumatda deyilir.
Konsorsiumdan bildirilib ki, TAP-ın güclərinin genişləndirilməsibazara hər iki ildən bir keçirilən bazar sınaqları vasitəsilətəklif olunur.
Belə ki, 2021-ci ildə keçirilmiş bazar testi zamanı borukəmərinin illik ötürücülük gücünün 1,2 milyard kubmetr artırılmasıilə bağlı icbari sifarişlər qəbul edilmişdi. Bu genişləndirmə üzrəişlər planlı şəkildə irəliləyir və onların başa çatdırılmasısayəsində artıq 2026-cı ilin əvvəlindən əlavə uzunmüddətli güctəmin ediləcək. Bu birinci mərhələ isə kifayət qədər bazar tələbiqeydə alınarsa, ötürücülük qabiliyyətinin daha da artırılması üçünəsas ola bilər”, - deyə TAP AG-dən bildiriblər.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundayerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir vəbeləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatikdənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-ŞərqiAvropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ciilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazıBolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazınındaha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).