RU

Bu gün 2 boksçumuz rinqə çıxacaq - Dünya çempionatı

Bakı. Trend:

Bu gün İngiltərənin Liverpul şəhərində boks üzrə dünyaçempionatı start götürür.

Trend xəbərverir ki, Azərbaycan millisi mundialda 10 kişi və 1 qadın boksçuilə təmsil olunur.

Dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçumübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.

Bu gün idmançılarımızdan 2 nəfər rinqə çıxacaq. 1/32 finalmərhələsində Zaur Qəhrəmanov (65 kq.) Denis Brillə (Almaniya)üz-üzə gələcək. Ardınca isə Azərbaycanın yarışdakı digər təmsilçisi- Sərxan Əliyev (70 kq.) Karlos Flouerslə (ABŞ) üz-üzə gələcək.

1/32 final döyüşləri saat 14:00-da başlanacaq.

Digər boksçularımızın iştirakı ilə keçiriləcək döyüşlərintəqvimi isə belədir:

5 sentyabr

1/16 final

Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)

Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)

Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)

Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (DominikanRespublikası)

Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)

6 sentyabr

1/16 final

Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov(Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr

1/16 final

Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)

Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/MeysamQeşlaqi (İran) cütünün qalibi

8 sentyabr

1/8 final

Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/YonasYazeviçyus (Litva) cütünün qalibi.

Избранный
110
5
az.trend.az

10Источники