Ajans.az-ın əldə etdiyi məlumata görə, Rauf Şıxməmmədov Səbail rayonu icra hakimiyyəti başçısının müavini olan Vüqar Şıxməmmədovun qardaşı olması ilə xəbərlər yayılıb. Digər mənbələr isə, onların doğma qardaş deyil, yaxın qohum olduqlarını iddia ediblər.
Məsələ ilə bağlı, Vüqar Şıxməmmədovla əlaqə saxlamağa çalışdıq. Lakin, zənglərimizə cavab verilmədi.