Demokeat.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da iştirak edib.
Prosesdə linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib.
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkilləri prosesə gəlmədiyi üçün iclas sentyabrın 18-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
10Источники
-
7news.azŞərurlu İsfəndiyar məhkəməyə belə gəldi - VİDEO ( 21006604)
-
7news.azŞərurlu İsfəndiyar məhkəməyə belə gəldi - VİDEO ( 21006553)
-
tribunainfo.azŞərurlu İsfəndiyar məhkəməyə BELƏ GƏLDİ – VİDEO ( 21006010)
-
1news.az“Şərurlu İsfəndiyar”ın növbəti məhkəmə prosesi keçirilib ( 21004645)
-
demokrat.az"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb ( 21004636)
-
afn.az"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşdı ( 21004123)
-
bizim.mediaŞərurlu İsfəndiyar məhkəməyə BELƏ GƏLDİ - VİDEO ( 21003706)
-
qaziler.az"Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşıb ( 21003583)
-
1news.azŞərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza yekunlaşıb - FOTO ( 21003577)
-
editor.azŞərurlu İsfəndiyar məhkəməyə BELƏ GƏLDİ – VİDEO ( 21003058)