RU

Xırdalanda zibil maşınları YOLA ZİYAN vurub

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Xırdalan şəhərində yaşayan sakinlər 11 nömrəli tam orta məktəbin küçəsində zibil maşınlarının hərəkəti ilə bağlı narazılıqlarını bildiriblər.

BAKU.WS-in "qaynar xətt"inə yazan vətəndaşların sözlərinə görə, maşınlar asfaltı dağıdır, qaz turbalarını qırır və sonra ərazini tərk edirlər.

Sakinlər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Onlar həmçinin bu vəziyyətin təhlükə yaratdığını və məsələnin diqqətə alınmasını istəyirlər.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
2
baku.ws

3Источники