RU

“Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac var” - Zatulin

 

“Əgər biz “pis sülh yaxşı mübahisədən yaxşıdır” üslubunu nümayiş etdirsək, o zaman Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac var”.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Zatulinin  fikrincə, bu o demək deyil ki, Moskva bu əməkdaşlığın dərinliyi barədə özünü aldatmalıdır. Ddeputat bir sıra məsələlərdə iki ölkənin mövqelərinin fərqli olduğunu qeyd edib.

“Ermənistana növbəti təzyiqlər, Zəngəzur dəhlizinin tikintisi, amerikalıların, israillilərin və sairlərin bu regiona cəlb edilməsi birmənalı olaraq Rusiya Federasiyasının maraqlarına uyğun deyil. Üstəlik, Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik təkcə ikitərəfli müttəfiqlik deyil, həm də böyük Turanın təşəkkülünü davam etdirmək, türkün, onların hesab etdiyi kimi, Orta Asiyaya,  Rusiyanın türklərin məskunlaşdığı bölgələrinə nüfuz etmək üçün gələcəyə aparan yoldur. 

Bu, açıq şəkildə Rusiyanın maraqlarına ziddir, ona təhlükə yaradır. Və bu, indi ön plana çıxdığından, Azərbaycan tərəfdən kamuflyaj ehtiyacı aradan qalxıb”, o əlavə edib.

 

Elcan

Missiya.Az

Избранный
119
missiya.az

1Источники