RU

“Şərurlu İsfəndiyar” getdiyi məhkəmədən danışdı: “Vallah, dedilər ki...”

Xəbər verdiyimiz kimi, “Şərur” MTK-nın sahibi, iş adamı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı bu gün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilib. 

Binəqədi Rayon Məhkəməsində baxılan işdə şikayətçi isə hazırda həbsdə olan “Proqres 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.

Məhkəməyə gedən Şərurlu İsfəndiyar “Cebheinfo.az”a açıqlamasında bildirib ki, proses növbəti iclasa təxirə salındı:

“Vallah, məhkəməyə getdim, lakin prosesi dayandırdılar və vaxtını uzatdılar. Dedilər ki, gedə bilərsən. Başqa heç nə olmadı”. 

Qeyd edək ki, “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib. Lakin hələlik yekun məhkəmə qərarı yoxdur.

Buna baxmayaraq, iş adamı “Şərurlu İsfəndiyar” televiziya verilişlərinin birində onu dələduz adlandırıb. E.Səməndərov isə “dələduz” ifadəsini özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib. 

Избранный
92
cebheinfo.az

1Источники