RU

88 yaşlı rus qadın üç gecə meşədə qaldıqdan sonra sağ qalıb

Leninqrad vilayətinin Boksitoqorsk rayonundan olan 88 yaşlı qadın üç gecə meşədə dolaşaraq sağ qalıb.

Herbiand.az bildirir ki, bu barədə “Fontanka” məlumat verib.

Nəşrə məlum olduğu kimi, yaşlı rus qadın göbələk yığmaq üçün meşəyə gedib və onunla əlaqə kəsilib. Qoca qarını yerli sakinlər aşkar ediblər və xilasedicilərə təhvil veriblər.

47news portalının məlumatına görə, nənə “sakit ova” çıxıb, lakin özü ilə telefon götürməyib.

Onun oğlu həyəcan təbili çalıb və anasının itdiyini təcili xidmətlərə bildirib. Qadının axtarışına xilasedicilər və könüllülər cəlb olunub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
38
herbiand.az

1Источники