RU

Azərbaycan badmintonu tarixində ilk - 6 idmançımız “Top-100”də

Dünya Badminton Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında 6 badmintonçumuz 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasıında yer alıb.

Apasport.az xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatim Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan badmintonu tarixində ilk dünya tarixində 4 kateqoriya üzrə idmançılarımız yer alır. 

Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə yer alır. 

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

“Araz”dan növbəti böyükhesablı qələbə

"Araz-Naxçıvan" Şotlandiya çempionu ilə qarşılaşacaq

“Araz-Naxçıvan”ın oyunçusu: "Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”

ÇL: “Araz” Şimali İrlandiya klubunu darmadağın edib

"Araz-Naxçıvan" ÇL-də mübarizəyə başlayacaq

Избранный
85
14
apasport.az

10Источники