RU

Gəlnini öldürməkdə təqsirləndirilən qayınatanın məhkəməsi başladı

Maştağa qəsəbəsində gəlnini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar Seyidovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilənin anket məlumatlari dəqiqləşdirilib.
Ağanəbi Əliyev barədə seçilmiş həbs qərimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar  qəbul edilib.
Növbəti iclas sentyabrın  18-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci ilin mayında  Maştağa qəsəbəsinin Nəriman Nərimanov küçəsi 71 ,ev 62 ünvaninda baş verib.66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlinini – Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.
Hadisənin tərəflər arasındakı mubahisə zamanı işlədilən sərt ifadələr nəticəsində törədildiyi bildirilir.

Onu da qeyd edək ki, qətlə yetirilən Dürdanə Əliyeva üç azyaşlı övladı var.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Избранный
151
2
unikal.az

5Источники