RU

Maybo şirkətinin xalis mənfəəti kəskin artıb

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sınaq və ölçmə cihazlarının satışı, kalibrləmə və təmir xidmətləri göstərən "Maybo" МMС 2024-cü ili 2 milyon 429 min manat xalis mənfəət ilə bağlayıb. Şirkət 2023-cü ili 1 milyon 360 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Maybo" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 69 min manat və ya 78,6% artıb. 

Marja.az "Maybo" МMС-nin 31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Şirkətin satışdan gəlirləri 2023-cü ildə 10 milyon 596 min manat ikən, 2024-cü ildə 13 milyon 342 min manat təşkil edib (2 milyon 746 min manat və ya 26% artıb).

Qeyd edək ki, "Maybo" МMС 2011-ci ildə Midhət Qurbanəlivev tərəfindən yaradılmışdır. Şirkətin əsas məqsədi Azərbaycanda əlaqəli şirkətlərə bütün sınaq və ölçmə sahələri üçün həllər təqdim etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
92
1
marja.az

2Источники