RU

Türkiyədə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən 46 nəfər saxlanılıb  

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-qanuni miqrasiya kanallarının qarşısını almaq üçün növbəti genişmiqyaslı əməliyyatın detallarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, əməliyyat bütün ölkə ərazisini əhatə edib, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri isə 81 vilayətin prokurorluq və ədliyyə orqanları ilə sıx əlaqələndirilib.

Nazir əlavə edib ki, qanunsuz miqrasiya kanalları təşkil etməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb, onlardan 8-i xarici ölkə vətəndaşıdır.

A.Yerlikaya əmin edib ki, qeyri-qanuni miqrasiya ilə mübarizə yalnız quruda deyil, Türkiyənin dəniz bölgəsində də qətiyyətlə davam etdiriləcək.

Избранный
124
3
azerbaijan-news.az

4Источники