RU

Rütte: “NATO hamı üçün döyüşməyəcək”

AzVision.az xəbər verir ki, Şimali Atlantika Alyansının baş katibi Mark Rütte belə deyib.

“Bunun baş verəcəyini düşünmürəm. Həm də, eyni zamanda, biz görürük ki, NATO ilə əməkdaşlıq sayəsində dörd Hind-Sakit Okean ölkəsi - Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya daha da güclənir”,- Rütte Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Praqada keçirilən Müdafiə sammitində jurnalsitlərə açıqlamasında söyləyib.

NATO-nun Haaqa sammitindən sonra Rütte və alyansın Hind-Sakit okean bölgəsindəki tərəfdaşları yeni texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək, müdafiə-sənaye əməkdaşlığı üçün yeni imkanlar yaratmaq, kosmik və dənizçilik sahələrində birgə layihələrin hazırlanması barədə razılığa gəliblər.

“Könüllülər koalisiyası”nın 3 ssenarisi
Mark Rütte, eyni zamanda, Ukraynada müharibə bitəndən sonra da alyansın Rusiyanın qarşısının alınması siyasətini davam etdirəcəyini bildirib.

- Rusiya təhlükəsi Ukraynada müharibənin başa çatması ilə bitməyəcək. NATO buna qarşı durmağa hazırlaşmalıdır və hazırlaşmağa da davam edəcək. Blok ABŞ-dən daha sürətlə hərbi-dəniz gücünüartıran Çindən gələn təhlükəni də nəzərə almalıdır”,- baş katib deyib.

O, bu kontekstdə Aİ ölkələrini hərbi istehsalı artırmağa və Avropanın müdafiə qabiliyyəti üçün maliyyəni artırmağa çağırıb.

Mark Rütte Moskvaya xitabən onu da bildirib ki,təhlükəsizlik zəmanəti üçün Ukraynanın öz ərazisində xarici qoşunlar yerləşdirməyə qərar verməsi Rusiyanın işi deyil.

- Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Ukrayna suveren dövlətdir. Təhlükəsizliyi təmin edən və sülh sazişini dəstəkləyən qüvvələri görmək istəyirsə, bu, onun haqqıdır. Buna başqa heç kim qərar verə bilməz”, - NATO-nun baş katibi Moskvaya xəbərdarlıq edib.

Bu mənada o, Avropanın Rusiya lideri Vladimir Putinin fikrinə hədədn artıq əhəmiyyət verməyi dayandırmasının vaxtı çatdığını iddia edib.

Xatırladaq ki, bundan əvəvl mənbələrə istinad edən Almaniyanın “Der Spiegel” jurnalı “Könüllülər koalisiyası” ölkələrinin müharibə bitdikdən sonra öz qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi yönündə üç mümkün ssenari hazırladıqlarını yazıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
65
1
azvision.az

2Источники