RU

Azərbaycan və Vyetnam arasında hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb

Vyetnamda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.

Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın müdafiə naziri “Xatirə dəftəri”nə ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

bd6642ee597accf6b07339359e6c73fb

9772c5e5de22656163cfaf9263ca4575

b93cf65ef9ccef7288d2a425a0eeeea2

5a37319f4bb5a08160e07ae51af9a58b

a531b63094d804dec5cf4a1932f2fc44

Избранный
11
28
poliqon.az

10Источники