RU

Yazıçı Ernest Heminqueyin oğlu vəfat etdi

Məşhur yazıçı, 1954-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin kiçik oğlu, yazıçı Patrik Heminquey 98 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times (NYT) mərhumun ailə üzvlərinə istinadən məlumat yayıb.

Patrik Heminquey Heminqueyin həyatda qalan son övladı idi. O, ABŞ-ın Montana ştatındakı evində dünyasını dəyişib. Yazıçının ölümünü ailənin nümayəndəsi Bettina Klinger təsdiqləyib.

Bizim.Media

Избранный
119
11
bizim.media

10Источники