RU

Modelyer Corcio Armani vəfat edib

Dünyaca məşhur italyan moda dizayneri Corco Armani vəfat edib.

Ölkə.az xəbər verir ki, o 91 yaşında dünyasını dəyişib.

Armani müasir italyan üslubu və zərifliyinin simvolu hesab olunurdu. O, sadəliyi və incəliyi birləşdirən dəsti-xətti ilə dəb aləminin istiqamətini dəyişmişdi.

Armani yalnız dizayner deyil, həm də uğurlu iş adamı idi. Onun qurduğu moda imperiyası hər il təxminən 2,3 milyard avro (2,7 milyard dollar) dövriyyə ilə fəaliyyət göstərirdi.

Dünya dəb arenasında izi qalan Armani bu gün “əbədi zəriflik” anlayışının müəllifi kimi xatırlanacaq.

Избранный
129
olke.az

1Источники