Şotlandiyanın “Reyncers” klubunun hücumçusu Hamza İqaman bundan sonra Fransanın “Lill” komandasının uğurları üçün çalışacaq.
Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“İtlər” bu transferi 11,5 milyon avroya rəsmiləşdiriblər. 22 yaşlı mərakeşli futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Hamza ötən ilin yayından “Reyncers”də çıxış edirdi. O, Qlazqo təmsilçisinin heyətində meydana çıxdığı 49 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Hamza İqaman 2025-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasında 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

