RU

Qızı yarım dəqiqədə 30 dəfə bıçaqladığını etiraf etdi

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ədirnədə 16 yaşlı Gülden Konini öldürən 15 yaşlı şübhəli E.A ifadəsində ona 30 saniyə ərzində 30 bıçaq zərbəsi vurduğunu etiraf edib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Ədirnə 3-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasına dədrlik edən hakim "zərərçəkmişə 30 saniyə ərzində 30 bıçaq zərbəsi vurmusunuz?" sualını təkrarlayıb. Şübhəli "gözüm qaraldı, yadımda deyil" deyərək özünü müdafiə edib.

Şübhəlinin 18 ildən 24 ilədək azadlıqdan məhrum edilməsi tələb olunub. 

Yaxın günlərdə məhkəmənin ikinci iclası keçiriləcək.

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
unikal.az

1Источники