RU

Binəqədidə bu ərazinin satışa çıxarılması sakinlərin etirazına səbəb olubVİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tofiq Yaqubov küçəsi 24 ünvanında yaşıllıq ərazisinin satışa çıxarılması sakinləri narazı salıb.

Xezerxeber.az xatırladır ki, təxminən iki il əvvəl burada ağacların kəsilərək obyekt tikilməsi gündəmə gəlmişdi.

Həmin vaxt həm sakinlərin etirazı, həm də "Xəzər Xəbər"in hazırladığı süjetdən sonra işlər dayandırıldı.

Kəsilən ağacların yerində Bakı Şəhər Yaşıllaşdırma Birliyi yeni ağaclar əkmişdi. Amma indi həmin ünvan yenidən satışdadır. "TikTok"da yayılan elanda torpaq sahəsi 75 min manata təklif olunub.

Sakinlər deyirlər ki, məsələ illərdir onları narahat edir. Onların sözlərinə görə, ərazi satılarsa, təkcə yol bağlanmayacaq, həm də mövcud yaşıllıq tamamilə məhv olacaq.

Elanı paylaşan şəxs Faiq adlı əmlakçıdır. O bildirir ki, torpaq sahəsi bələdiyyə sənədi ilə bir nəfərə məxsusdur və sadəcə həmin şəxsin xahişi ilə elanı yerləşdirib. Lakin sakinlərin narazılığından sonra paylaşımı silib.

Məsələ ilə bağlı Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən "Xəzər Xəbər"ə bildirildi ki, həmin torpaq sahəsi dövlətin balansındadır. Bələdiyyə tərəfindən heç kimə verilməyib. Ərazi nə satıla, nə də burada hansısa tikinti aparıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Избранный
204
xezerxeber.az

1Источники