RU

“O, görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvada danışıqlar aparmaq dəvəti haqda danışıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə sentyabrın 4-də Parisdə “könüllülər koalisiyası”nın iclasından sonra açıqlama verib.

“Amerikalı tərəfdaşlar dedi ki, Putin məni Moskvaya dəvət edib. O, görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbi münaqişəyə son qoymaq üçün heç bir istək göstərmir.

Избранный
275
1
news24.az

2Источники