RU

Rusiyadan vurduğu AZAL təyyarəsi ilə bağlı açıqlama: Ödəmişik!

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir sıra kütləvi informasiya vasitələri, eləcə də Teleqram kanalları sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yalan məlumatlar yayır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz faciə ilə bağlı insanların emosional reaksiyasına hesablanmış, tanış kinik üslubda başqa bir fərziyyə ilə qarşılaşırıq. Belə eyhamlar reallığa uyğun gəlmir. Bu yalandır. Reallıqda vəziyyət belədir:

2025-ci ilin fevral ayından Rusiyanın sığorta şirkəti “AlfaStrakhovanie” ASC Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması (Bakı-Qroznı reysi) ilə bağlı sığorta ödənişlərini həyata keçirir. Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.

62 sərnişindən ölən xə xəsarət alan 46 nəfərlə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından 1-nin ödənişi tam təmin edilib.

Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib.

Избранный
91
3
axar.az

10Источники