RU

Əhali əldəki dollarını banklara qaytarır - ekspertlər tələsməməyi məsləhət görür...


Əkrəm Həsənov: “Hazırda əhalinin gəliri çıxarla üststə düşmədiyi üçün dollar satışında artım müşahidə olunur

Banklar 2025-ci ilin ilk yeddi ayında əhalidən ümumilikdə nağd 1 milyard 156.7 mln. ABŞ dolları satın alıb. Bu satışlar keçən ilin analoji dövründə qeydə alınmış 1 mlrd. 753.8 mln. dollardan 34 faiz azdır. İlk yeddi ayın sonuna olan nəticəyə əsasən yerli banklar əhalidən nağd 1 mlrd. 177.8 mln. dollar alıblar ki, bu da 2024-cü ilin analoji dövründən 2% yuxarıdır.

Açıqlanan rəqəmlərdən də bəlli olur ki, ötən aylardan fərqli olaraq, vətəndaşlar aldıqları dolları satmağa başlayıb. Maraqlıdır, vətəndaşlar niyə əllərində olan dolları satmağa üstünlük verir?

“Dollar depozitlərinin gəliri 2-3 faiz olduğu halda, manatda bu göstərici 10-12 faizdir, bu kimi səbəblər də statistikaya təsir edir”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əhalinin gəlirləri azalıb, xərcləri isə artır: “Əmək haqqı artmır, ancaq market və bazarlarda qiymət artımı yaşanır. Hazırda ölkədə iqtisadi böhran yaşanır. İnflyasiya artdığı üçün insanlar dar gün üçün topladığı pulları xərcləməli olur. Məlumdur ki, əvvəllər əhali pulu xarici valyuta ilə saxlamağa üstünlük verirdi. Ancaq hazırda əhalinin gəliri çıxarla üst-üstə düşmədiyi üçün dollar satışında artım müşahidə olunur. Vətəndaşlar öz problemlərini həll etmək üçün yastıq altında saxladıqları dollar vəsaitini çıxararaq, onu manata çevirir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkədə iqtisadi aktivlik zəifdir: “Onu da deyim ki, bir zamanlar ölkədə devalvasiya olacağı ilə bağlı məlumatlar yayılmışdı. Ancaq bu həqiqəti əks etdirmirdi. Zamanla insanlar manatın etibarlı valyuta olduğunu başa düşüb. Bu səbəbdən də yatırımı, vəsaitini daha çox milli valyuta ilə saxlamağa üstünlük verir. Həmçinin, banklar dollarla yatırılan əmanətə az faiz verir, ancaq manata yüksək. Məlumat üçün deyim ki, dollar depozitlərinin gəliri 2-3 faiz olduğu halda, manatda bu göstərici 10-12 faizdir. Bu kimi səbəblər də statistikaya təsir edir”.

Günel CƏLİLOVA

Избранный
236
baki-xeber.com

1Источники