RU

Rusiyadan Azərbaycana nümayəndə heyəti gələcək

Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Şərq İqtisadi Forumunda çıxış edən Rusiyanın idman naziri Mixail Deqtyarev deyib.

 

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər etməyə hazırlaşır: “Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Səfərlə bağlı qərarımı ayrıca verəcəyəm”.

 

Qeyd edək ki, üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.

Избранный
94
8
senzor.az

10Источники