RU

Emin Mahmudov: Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm

BAKI, 4 sentyabr. TELEQRAF

“Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələ oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Futbolçu onları ağır oyun gözlədiyini qeyd edib: “Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Избранный
73
3
teleqraf.com

4Источники