Yanğının başvermə səbəbləri araşdırılır. \Unikal
Ajans.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. Qəsəbədə yerləşən vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köşk anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı dəmir konstruksiyalardan ibarət olan köşk yanaraq külə dönüb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.