“Hazırda Qəzza şəhərinin 40%-i İsrail Müdafiə Qüvvələrinin (IDF) nəzarətindədir”.
Bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü Efi Defrin brifinqdə bildirib.
İsrail ordusunun sözçüsü əlavə edib ki, qarşıdakı günlərdə əməliyyat genişlənəcək.
Qeyd edək ki, avqustun 20-də İsrail hərbçilərinin Qəzzaya hücuma başladığını və şəhərin ətrafına nəzarəti ələ keçirdiyi bildirilmişdi.
"Cebheinfo.az"