RU

Makqreqor prezidentliyə namizəd oldu

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu rəsmən açıqlayıb.

"Unikal" xəbər verir ki, idmançı sosial şəbəkələrdə ölkə vətəndaşlarını onun namizədliyini dəstəkləməyə çağırıb.

"İrlandiya vətəndaşları, artıq dəyişiklik vaxtıdır! Prezident kimi, xalq tərəfindən təsdiqlənməyincə heç bir qanunu imzalamayacağam" deyə, Makqreqor vurğulayıb.

O, həmçinin yerli şura üzvlərindən onun namizədliyini irəli sürmələrini xahiş edib və söz verib ki, qalib gələrsə, onların səsi eşidiləcək.

Qeyd edək ki, İrlandiyada prezident seçkiləri oktyabrın 24-də keçiriləcək

Избранный
147
unikal.az

1Источники