RU

Hamilə qadın otaq yoldaşlarını belə aldatdı: Şok dələduzluq

Rusiyada doğum evlərinin birində dələduzluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, bir neçə ay əvvəl xəstəxanada üçüncü övladını gözlədiyini deyən qadın palata yoldaşlarını aldadaraq milyonlarla rubl pulunu mənimsəyib. O, digər hamilə qadınlara müxtəlif sosial müavinətlər almağın yollarını öyrədəcəyini vəd edib.Beləcə, onların etibarını qazanaraq telefon nömrələrini və digər zəruri məlumatları öyrənib. Qadınlara da yalandan onların adına ödənişlər həyata keçirdiyini deyib. Daha sonra o, qadınların adına kredit götürərək pulları öz hesabına köçürüb.

Zərərçəkmişlər bundan yalnız bir neçə ay sonra, borc kollektorları zəng edib ödəniş tələb edəndə xəbər tutublar. Hazırda qadının vurduğu ziyanın ən azı 6 milyon rubl olduğu deyilir. Lakin istintaq orqanları zərərçəkmişlərin sayının daha çox ola biləcəyini istisna etmir.

Избранный
168
news24.az

1Источники