Bakı. Trend:
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə TürkiyəRespublikasının Gənclər və İdman Nazirliyi arasında ƏməkdaşlıqMemorandumu imzalanıb.
Trend xəbər verirki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığıngücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyatakeçirilməsidir. Memorandumu Gürcüstanın təhsil naziri QiviMikanadze və Türkiyənin nazir Osman Aşkın Bakin imzalayıblar.
Qivi Mikanadze bildirib ki, yeni əməkdaşlıq strukturlaşdırılmışdialoq, birgə təşəbbüslər və strateji planlaşdırma yolu iləGürcüstan və Türkiyə arasında çoxillik tərəfdaşlığındərinləşdirilməsi baxımından irəliyə doğru atılan addımdır.
Osman Aşkın Bakin isə iki ölkənin nazirlikləri arasında uğurlutərəfdaşlığı vurğulayıb və gürcü tərəfin birgə gənclikproqramlarının inkişafına hazırlığını təsdiqləyib.
Qeyd olunub ki, memorandum çərçivəsində Gürcüstan və Türkiyəgəncləri üçün birgə layihələr həyata keçiriləcək, o cümlədəngənclər düşərgələri, forumlar, konfranslar, seminarlar, tədrissəfərləri və digər mühüm fəaliyyətlər təşkil ediləcək. Bu isəgəncliyin inkişafı və ikitərəfli əməkdaşlığın güclənməsinə xidmətedəcək.